Bakıda saxlanılan erməni separatçılarına yüngül cəza veriləcək? – Vəkil “mümkündür” dedi

23, 01, 24
12:00

Bakıda saxlanılan erməni separatçılarına yüngül cəza veriləcək? – Vəkil “mümkündür” dedi

Bakıda istintaq altında olan erməni separatçılarının sosial şəbəkələrdə yayılmış görüntüləri ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Erməni mediasında isə separatçıların Azərbaycanla əməkdaşlığa gedərək cəzalarını yüngülləşdirəcəklərinə dair iddialar yayılıb.

Maraqlıdır, erməni separatçılarının cəzaları yüngülləşdirilə bilərmi?

"Azərbaycan Reallığı" xəbər verir ki, vəkil Əsabəli Mustafayev qeyd edib ki, bu, çox normal haldır:
“Fotoları mən də gördüm. Bəziləri etiraz edir ki, həbs olunmuş ermənilər üçün çox yaxşı şərait yaradılıb. Əslində, bu, belə də olmalıdır. Həbs olunanlar üçün, xüsusilə də beynəlxalq nəzarətdə olan dustaqlar üçün qanunla nəzərdə tutulmuş şərait yaradılmalıdır. Çünki indi onlar Azərbaycan hökumətinin nəzarətindədirlər. İndi onların sağlığına, səhhətinə cavabdeh olan tərəf bizim ölkəmizdir”.

Ekspert onların cəzalarının yüngülləşdiriləcəyinə dair ehtimallara da toxunub:

“Məhbusların cəzalarının yumşaldılması barədə onu deyə bilərəm ki, davam edən sülh danışıqları tərəflərdən müəyyən kompromislərə getmək tələb edəcək. Həmin kompromislərdən biri də hazırda həbsdə olan şəxslərin taleyi ola bilər. Bu zaman məsələ hüquqi müstəvidən çıxaraq siyasi mahiyyət kəsb edəcək.

Azərbaycan cəmiyyəti olaraq başa düşməliyik ki, beynəlxalq aləmdə imicimizi möhkəmləndirməliyik. Onsuz da ölkəmizə qarşı kifayət qədər qədər yersiz ittihamlar səslənir. Dustaqların pis şəraitdə saxlanılması ermənipərəst qüvvələrin əlində yeni iddiaya çevrilə bilərdi və buna rəvac vermək olmaz”.

Bizimlə əlaqə saxlayın