Yeni kəşf edilən asteroid Yerə yaxınlaşır

27, 01, 24
11:00

Yeni kəşf edilən asteroid Yerə yaxınlaşır

Astronomlar tərəfindən yeni aşkar edilən "2024 BJ" asteroidi sabah Yerə yaxınlaşacaq.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

Məlumata görə, təyyarə böyüklüyündə asteroidin Yerdən 354 min kilometr uzaqdan keçəcəyi anları Virtual Teleskop Layihəsinin canlı yayımında izləmək olar.

Qeyd edək ki, uçan kosmik qaya Bakı vaxtı ilə saat 21.30-da Yerin ən yaxın nöqtəsinə çatacaq.

Bizimlə əlaqə saxlayın