Tədqiqatçılar varlı və kasıb insanın üz tipini açıqlayıb - FOTO

29, 01, 24
17:30

Tədqiqatçılar varlı və kasıb insanın üz tipini açıqlayıb - FOTO

Böyük Britaniyanın Qlazqo Universiteti doğuşdan varlı və kasıb üz tiplərini müəyyən edən araşdırma aparıb.

"Azərbaycan Reallığı" xarrici KİV-ə istinadla xəbər verir ki, tədqiqatçılar insanların xarici görünüşünə görə onların hansı sosial sinfə məxsus olduqlarını müəyyənləşdiriblər.

Tədqiqatda iştirak edənlər ağ etnik Qərb mədəniyyətinin məxsus insanlar olub.

“General” jurnalında dərc edilən tapıntılara görə, dar üz, yuxarı əyilmiş ağız, bir-birinə yaxın gözlər, yuxarı əyilmiş qaşlar və isti dəri tonu ümumiyyətlə, daha yüksək sosial təbəqəyə aid hesab edilən insanların əlamətləridir.

Varlı insanın üz tipi

Bu xüsusiyyətlərə malik insanlar eyni zamanda bacarıqlı, mehriban və etibarlı kimi qiymətləndirirdilər.

Digər tərəfdən, geniş və qısa üz, düz ağız və solğun dəri rənginin aşağı sosial təbəqədən olan məxsus insanların xüsusiyyətləri olduğu üzə çıxıb. 

Kasıb insanın üz tipi

Bu insanlar daha az bacarıqları olan və daha az etibarlı şəxslər kimi qəbul edilir. 

Qeyd edək ki, sözügedən araşdırma bütün dünyada müzakirələrə səbəb olub. 

Bizimlə əlaqə saxlayın