Məşhur müğənniyə qadağa: Heç bir ölkəyə buraxmırlar - FOTO

30, 01, 24
15:00

Məşhur müğənniyə qadağa: Heç bir ölkəyə buraxmırlar - FOTO

"Azərbaycan Reallığı" xəbər verir ki, Rusiyanın estrada müğənnisi Qriqori Lepsin dünyanın demək olar ki, bütün ölkələrinə girişinə qadağa qoyulub. Ulduz ona qoyulan sansksiyalara münasibət bildirib.

Leps musiqi və siyasətlə bağlı mövqeyini açıqlayıb. Müğənninin sözlərinə görə, 2014-cü ildən başlayaraq müxtəlif ştatlara girişi qadağan edilib və ABŞ onu “mafiya ortağı” elan edib.


“Mən burada, vətənimdə çox xoşbəxtəm. Problem deyil. Üstəlik, onlar öz ölkələrinin ağasıdırlar, kimisə içəri buraxmaq və ya buraxmamaq hüquqları var. Amma bunun musiqi ilə heç bir əlaqəsi yoxdur. Musiqi siyasətdən kənar olmalıdır”, - Leps vurğulayıb.

Sənətçi belə qənaətə gəlib ki, pul qazanmaq xatirinə fikrini dəyişmək niyyətində deyil. (publika.az)
 

Bizimlə əlaqə saxlayın