"Klon" serialının məşhur aktrisası vəfat etdi

31, 01, 24
10:00

"Klon" serialının məşhur aktrisası vəfat etdi

Braziliyalı aktrisa Jandira Martini vəfat edib.
 
"Azərbaycan Reallığı"
xəbər verir ki, bu barədə aktrisanın sənət dostu özünün sosial media hesabında yazıb.
 
78 yaşında vəfat edən aktrisanın ölüm səbəbi qeyd olunmasa da, bir müddət əvvəl onkoloji xəstəlikdən əziyyət çəkdiyi deyilirdi.
 
Qeyd edək ki, Jandira Martini Azərbaycan tamaşaçısına "Klon" serialındakı Zorayde obrazı ilə tanışdır. Sözügedən serial digət aktyor və aktrisalar kimi Martiniyə də dünya şöhrəti qazandırıb.

Bizimlə əlaqə saxlayın