95 yaşında məzun oldu

06, 02, 24
11:00

95 yaşında məzun oldu

95 yaşlı David Marjot Londonun Kingston Universitetinin ən yaşlı məzunu olub.

“Azərbaycan Reallığı” xəbər verir ki, bununla bağlı “BBC” məlumat yayıb.

Belə ki, təqaüddə olan psixiatr universitetin Müasir Avropa Fəlsəfəsi üzrə magistr dərəcəsini bitirib.

Bakalavr təhsilini 72 il əvvəl aldığını deyən Marjot oxumağın yaşı olmadığını deyib:

“Diplom çox ağır işdir. Üstəgəl yaddaşım da artıq əvvəlki kimi deyil”.

Böyük Britaniyanın Surrey şəhərindən olan Marjot başqa bir kurs ilə maraqlandığını bildirib.

Qeyd edib ki, həmin kursu başa vura bilsə, 102 yaşında növbəti dəfə məzun olacaq.

Bizimlə əlaqə saxlayın