Kahramanmaraşda 32 hektarlıq “Azərbaycan” məhəlləsi - FOTOLAR

06, 02, 24
16:00

Kahramanmaraşda 32 hektarlıq “Azərbaycan” məhəlləsi - FOTOLAR

Ötən ilin fevralın 6-da baş vermiş və on minlərlə insanın həyatına son qoymuş dəhşətli zəlzələ Türkiyəni olduğu kimi Azərbaycanı da dərindən sarsıtdı. Zəlzələ xəbərinin ilk dəqiqələrindən Azərbaycan xalqı və dövləti heç bir yardım çağırışını gözləmədən öz qardaşlıq borcunu yerinə yetirmək üçün bütün imkanlarını səfərbər etdi. Azərbaycan hazırda Kahramanmaraş vilayətində humanitar fəaliyyətini davam etdirərək burada aparılan yenidənqurma və bərpa işlərində, sosial obyektlərin inşasında yaxından iştirak edir.
 
"Azərbaycan Reallığı" xəbər verir ki, Türkiyənin Kahramanmaraş vilayətində inşa olunan “Azərbaycan” yaşayış məhəlləsinin ümumi sahəsi 32 hektar təşkil edəcək.
 
Layihəyə əsasən məhəllə yaşayış binaları, ibtidai məktəb və uşaq bağçası, mədəniyyət mərkəzindən ibarətdir. Yaşayış məhəlləsində 71 yaşayış binası inşa olunacaq. Bu binalarda 2, 3 və 4 otaqlı 1323 mənzil olacaq. Eyni zamanda, həmin ərazidə məskunlaşacaq sakinlərin iş yerləri ilə təmin olunması məqsədilə yaşayış binalarında 799 qeyri-yaşayış (ticarət) obyekti istifadəyə veriləcək. Layihənin 100 milyon ABŞ dolları məbləğində hissəsi Azərbaycan Hökuməti tərəfindən inşa olunacaq. Azərbaycan Hökumətinin icraçı qurumu Mənzil İnşaatı Dövlət Agentliyidir.
1321491
Azərbaycan Hökuməti tərəfindən “Azərbaycan” yaşayış məhəlləsində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzi inşa olunacaq.
 
Yaşayış məhəlləsində yerləşən ibtidai məktəb və uşaq bağçasının, baş plan üzrə 11 və 12-ci kvartalların tikintisinə başlanılıb.
 
20 sinif otağından ibarət 300 şagird yerlik ibtidai məktəb və 3 sinif otağından ibarət 60 yerlik uşaq bağçasında təhsilə dəstək məqsədilə əlavə aşağıdakı otaqlar da olacaq:
 
- xüsusi alətlər və tədris materiallarından ibarət 1 emalatxana
- musiqi dərslərinin keçirilməsi üçün musiqi alətlərindən ibarət 1 musiqi otağı
- rəsm və əmək dərslərinin keçirilməsi üçün 2 emalatxana
- texnologiya, riyaziyyat və mühəndislik sahəsində bacarıqların təkmilləşdirilməsi üçün 1 emalatxana
- 1 kitabxana
- 1 idman zalı
 
Yuxarıda da qeyd edildiyi kimi “Azərbaycan” məhəlləsinin baş planı üzrə 11 və 12-ci kvartallarının tikintisinə başlanılıb. İki kvartalda ümumilikdə 16 yaşayış binası yerləşdir. Binalar 4 mərtəbəlidir. Bu binalarda ümumilikdə 276 mənzil, 244 qeyri-yaşayış obyekti olacaq.
1321490
 
1321493
1321494
1321495
1321496

Bizimlə əlaqə saxlayın