Təyyarədə hadisə: Sərnişinlərin üzərinə qurdlar töküldü

15, 02, 24
11:00

Təyyarədə hadisə: Sərnişinlərin üzərinə qurdlar töküldü

Niderlanddan ABŞ-yə uçan sərnişin təyyarəsi havaya qalxdıqdan təxminən 1 saat sonra Amsterdamın Şiphol hava limanına qayıdıb.

"Azərbaycan Reallığı" “USA today” qəzetinə istinadla xəbər verir ki, buna səbəb sərnişinlərin üzərinə qurdların tökülməsi olub.

Belə ki, bir qadın sərnişinin kağız parçası ilə qurdları təmizlədiyini görən digər sərnişinlər təşvişə düşüblər.

Sərnişinlər kabin heyətinə zəng edərək vəziyyəti izah ediblər.

Müəyyən edilib ki, qurdlar yuxarı şkafdakı çamadandan düşüb. Sözügedən çamadanda çürük balıq olub.

Kabin heyəti içərisində çürük balıq olan çantanı plastik folqa ilə bükərək oradan çıxarıb.

Təyyarə lazımi təmizləmə üçün də istismardan çıxarılıb.

Aviaşirkətin sərnişinlərə 8 min uçuş mili, hotel otağında qalma xərcləri və 30 dollar yemək haqqı ödədiyi bildirilib.

Bizimlə əlaqə saxlayın