Yapon mafiyası İranın nüvə silahı əldə etməsinə yardım edib?

23, 02, 24
13:30

Yapon mafiyası İranın nüvə silahı əldə etməsinə yardım edib?

ABŞ hökuməti Yaponiya mafiyasının lideri Takeşi Ebisavanı nüvə materiallarının qaçaqmalçılığında ittiham edib.

"Azərbaycan Reallığı"nın verdiyi məlumata görə, ABŞ Ədliyyə Nazirliyi onu İrana nüvə silahı satmaq cəhdində günahlandırıb.

“Yakudza lideri Takeşi Ebisava özünü İranla əlaqəsi olan narkotik və silah alverçisi kimi təqdim edən ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin gizli agentinə nüvə materiallarının nümunələrini göstərib”, - nəşr qeyd edir.

Prokurorların sözlərinə görə, material Myanmadan Tailanda qaçaqmalçılıq yolu ilə gətirilib. Daha sonra nümunələr müsadirə edilib və onların tərkibində nüvə silahının yaradılmasında istifadə olunan uran və silah dərəcəli plutonium olduğu aşkar edilib.(musavat.com)
 

Bizimlə əlaqə saxlayın