Nigeriyada 200-dən çox şagird qaçırılıb

08, 03, 24
12:30

Nigeriyada 200-dən çox şagird qaçırılıb

Nigeriyanın şimal-qərbində silahlılar tərəfindən 200-dən çox şagird qaçırılıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə keçmiş senator Şehu Sani məlumat verib.

“Kaduna əyalətinin Kuriqa kəndində 232 məktəbli qaçırılıb. Bu, direktorun təxminən bir ay əvvəl öldürüldüyü və həyat yoldaşının qaçırıldığı həmin məktəbdir”, - o bildirib.

Məlumata görə, məktəbə hücum səhər saatlarında ümumi yığıncaq keçirilən zaman baş verib. Polis hələlik oğurlananların dəqiq sayını açıqlamayıb. Qaçırılanların yaşı qeyd olunmayıb.

Xatırladaq ki, məktəblə bağlı insident Nigeriyanın şərqində silahlılar tərəfindən 117 qadının qaçırılmasından iki gün sonra baş verib.

Bizimlə əlaqə saxlayın