Bu ölkədə üzərində "Allah" yazılan corablara görə ara qarışdı - FOTO

01, 04, 24
14:00

Bu ölkədə üzərində "Allah" yazılan corablara görə ara qarışdı - FOTO

Malayziyada üzərində "Allah" yazılmış corablar satıldığına görə, marketlərdən birinə silahlı hücum edilib.

"Azərbaycan Reallığı" xarici KİV-ə istinadla xəbər verir ki, hadisə bu ölkənin Pahanq şəhərinin şərqindəki Kuantan bölgəsində yerləşən "KK Supermart" adlı marketdə baş verib.

Corabların fotosunun sosial şəbəkələrdə paylaşılmasından sonra qəzəblənən şəxslər "molotov kokteyli" ilə hücum edib.

Kuantan polisi hücum edənlərin şəxsiyyətinin hələ müəyyənləşdirilmədiyini, genişmiqyaslı araşdırmalara başlandığını açıqlayıb.

Corabın satıldığı "KK Supermart" isə üzr istəyib və satışı dayandıracaqlarını elan edib.

Qeyd edək ki, daha əvvəl də Malayziyanın Perak ştatında "KK Supermart"ın filiallarından birinə benzin bombası atılıb. Malayziyada üzərində "Allah" yazılmış corablar satışa çıxarıldıqdan sonra "KK Supermart"ın sahibi və onun həyat yoldaşı başqalarının dini hisslərini incitməkdə ittiham olunub. Cütlük onlara qarşı irəli sürülən ittihamları rədd edib.

Bizimlə əlaqə saxlayın