İnək tikinti materialları mağazasına GİRDİ

08, 04, 24
14:30

İnək tikinti materialları mağazasına GİRDİ

Almaniyanın qərbində inək tikinti materialları mağazasına daxil olub.
 
"Azərbaycan Reallığı" "Bild"ə istinadən xəbər verir ki, Drolşagen şəhərində bir fermer dırnaqlarını təmizləmək üçün inəyi mərkəzə gətirib.
 
Lakin o qaçıb və tikinti materialları mağazasında "sığınacaq tapıb". Heyvan, demək olar ki, heç bir şey atmadan, mallarla rəflərin yanından "səliqəli keçib".
 
Hadisə yerinə polis, fermer və mağaza sahibi gəlib. Onlar inəyi mal-qara maşınının gözlədiyi küçəyə çıxarıblar. Sahibkar zarafat edib ki, pedikürdən əvvəl heyvan hansı rənglərin dəbdə olduğunu yoxlamaq qərarına gəlib.

Bizimlə əlaqə saxlayın