Ticarət mərkəzinə hücum - 4 ölü, 8 yaralı

13, 04, 24
13:30

Ticarət mərkəzinə hücum - 4 ölü, 8 yaralı

Avstraliyanın Sidney şəhərindəki ticarət mərkəzində naməlum şəxsin bıçaqla insanlara hücumu nəticəsində 4 nəfər ölüb.
 
"Azərbaycan Reallığı" xarici mətbuata istinadən xəbər verir ki, hadisə zamanı daha 8 nəfərin yaralandığı bildirilir. Onların arasında azyaşlı uşaq da var.
 
Həmin şəxs əraziyə gələn polis əməkdaşları tərəfindən zərərsizləşdirilib. Adı hələlik açıqlanmayan bu şəxsin radikal dini qruplaşmalarla əlaqəsi araşdırılır.

Bizimlə əlaqə saxlayın