Koçaryanın köməkçisi həbs olundu

01, 05, 24
17:30

Koçaryanın köməkçisi həbs olundu

Ermənistan parlamentinin müxalif "Hayastan" fraksiyasından olan deputatı, sabiq prezident Robert Koçaryanın oğlu Levon Koçaryanın köməkçisinin həbsi barədə qərar verilib.
 
"Azərbaycan Reallığı" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə onun vəkili Erik Aleksanyan bildirib.
 
Köməkçi Artur Sukoyan əvvəllər hökumətyönlü nəşrin jurnalisti David Levonyanla bağlı insidentdə iştirak edib, sonuncu bildirib ki, Sukoyan onu parlament binasında vurub.
 
Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxs baş verənlərin bütün təfərrüatlarını hüquq-mühafizə orqanlarının əməkdaşlarına danışmağa çalışsa da, İrəvanda "bir dənə də olsun istintaq idarəsi onu dinləmək istəməyib". 
 
Bu gün onun barəsində həbs qətimkan tədbirinin olduğu məlum olub.

Bizimlə əlaqə saxlayın