İran yeni prezidentini seçə bilmədi - İkinci tur olacaq

29, 06, 24
13:00

İran yeni prezidentini seçə bilmədi - İkinci tur olacaq

İranda keçirilən növbədənkənar prezident seçkilərində namizədlərdən heç biri 50 faiz səs toplaya bilməyib. Seçkilərin ikinci turu iyulun 5-də keçiriləcək.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə İRNA xəbər agentliyi ölkənin seçki komissiyasının nümayəndəsi Möhsün Eslamiyə istinadən məlumat yayıb.

“Namizədlərdən heç biri səs çoxluğunu toplaya bilmədiyi üçün qanuna əsasən, seçkilərin ikinci turu iyulun 5-də ölkə üzrə yenidən keçiriləcək”, - deyə seçki komissiyasının nümayəndəsi bildirib.

Bizimlə əlaqə saxlayın