Putin sərəncam verdi: ordunun şəxsi heyətinin sayı artırılır

17, 09, 24
10:30

Putin sərəncam verdi: ordunun şəxsi heyətinin sayı artırılır

Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə ölkənin Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı artırılıb.

"Azərbaycan Reallığı" Rusiya KİV-nə istinadən xəbər verir ki, sərəncama əsasən, Silahlı Qüvvələrin şəxsi heyətinin sayı 2 milyon 389 min nəfərə çatdırılacaq ki, bunun da 1,5 milyonu hərbçilər olacaq.

Putin sərəncamının icrası üçün hökumətə müvafiq vəsaitin ayrılmasını da tapşırıb.

Sərəncam bu il dekabrın 1-dən qüvvəyə minəcək.

Bizimlə əlaqə saxlayın