yuxarı
Mask Trampın prezidentlik paradında çıxış etdi
20, 01, 25
15:00
Mask Trampın prezidentlik paradında çıxış etdi
Elon Mask, Donald Trampın prezidentlik paradında çıxış edib.
"Azərbaycan Reallığı" xəbər verir ki, O, çıxışında sevincini rəqs edərək və qışqıraraq ifadə edib, həmçinin ABŞ vətəndaşları üçün əzmkar işlər görəcəyini bildirib.
Mask çıxışında diqqət çəkən bir addım ataraq nasist salamı verib.
Tədbirdə Maskın bəyan etdiyi sözlər geniş müzakirələrə səbəb olub. "Sizin sayənizdə sivilizasiyanın gələcəyi təmin olunub. Təhlükəsiz şəhərlərimiz olacaq - nəhayət, təhlükəsiz sərhədlər, ağlabatan xərclər. Əsaslar. Və biz DOGE-ni Marsa göndərəcəyik!" - deyə o, qeyd edib.
Mask çıxışında qələbənin gətirdiyi hisslərdən bəhs edərək, "qələbə belə bir hissdir" ifadəsini işlədib. Bu çıxış, həm ABŞ, həm də beynəlxalq miqyasda müxtəlif reaksiyalar doğurub.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək