Təyyarə yaşayış binalarının yaxınlığında qəzaya uğradı

01, 02, 25
13:30

Təyyarə yaşayış binalarının yaxınlığında qəzaya uğradı


Filadelfiyanın şimal-şərqində təyyarə yaşayış binalarının yaxınlığında qəzaya uğrayıb.

 

"Azərbaycan Reallığı" “Fox News”a istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 6 nəfər olub.

 

“Filadelfiyanın şimal-şərqindəki hava limanından yenicə qalxan təyyarədə altı nəfər olub. İki pilot, iki həkim, bir xəstə və bir ailə üzvü”, - telekanal qeyd edib.

 

Bundan əlavə, qəza nəticəsində Kottman prospekti və Ruzvelt bulvarı ərazisində bir neçə evin yandırıldığı bildirilir.


Bizimlə əlaqə saxlayın