Suriya prezidenti sabah Türkiyəyə səfər edəcək

03, 02, 25
18:00

Suriya prezidenti sabah Türkiyəyə səfər edəcək


Suriya prezidenti Əhməd əş-Şəraa fevralın 4-də Türkiyəyə səfər edəcək.

“Azərbaycan Reallığı” Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun sosial şəbəkə hesablarında məlumat verib.

"Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şəra prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 4-də Ankaraya səfər edəcək. Danışıqlar zamanı Suriyadakı son hadisələr müzakirə olunacaq, iqtisadiyyatın bərpası, Suriyada davamlı sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün iki ölkənin atmalı olduğu birgə addımlar qiymətləndiriləcək", - o qeyd edib.


Bizimlə əlaqə saxlayın