yuxarı
“McDonald’s”da epidemiya - Əhalinin diqqətinə!
29, 10, 24
09:30
“McDonald’s”da epidemiya - Əhalinin diqqətinə!
ABŞ-ın 13 ştatında “McDonald’s”ın “Quarter Pounder” burgerlərində bağırsaq çöpü (e.coli) epidemiyası yayılıb.
"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə ABŞ Qida və Dərman İdarəsi (FDA) və Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəz (CDC) məlumat yayıb.
Bildirilib ki, zəhərlənməyə doğranmış soğan və ya mal əti köftələrinin səbəb olduğu ehtimal olunur.
“McDonald’s”a soğan tədarük edən “Taylor Farms” könüllü olaraq sarı soğanların verilməsini dayandırıb.
Burgerdən zəhərlənənlərin sayının artması fonunda araşdırma işləri davam edir.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək