Saxta həkimin ürəyindən əməliyyat etdiyi 7 nəfər öldü - FOTO

08, 04, 25
16:00

Saxta həkimin ürəyindən əməliyyat etdiyi 7 nəfər öldü - FOTO


Hindistanda eyni həkimin ürəyindən əməliyyat etdiyi 7 nəfər ölüb.

"Azərbaycan Reallığı" “Hindustan times”a istinadla xəbər verir ki, hadisə Hindistanın Madya Pradeş əyalətində baş verib.

Xəstələrin ölümünə səbəb olan həkimin diplomunun saxta olduğu üzə çıxıb.

Narendra Con Camm adı ilə tanınan həkimin əsl adının isə Narendra Vikramaditya Yadav olduğu üzə çıxıb.

Məlum olub ki, adı belə saxta olan “həkim” yanvar-fevral aylarında 15 nəfəri ürəyindəm əməliyyat edib, onlardan 7-si ölüb.

Polisdən bildirilib ki, Yadav saxta tibbi arayış və sənədləri hazırlamaqda və bu sənədlərdən başqalarına zərər vermək və ya aldatmaq üçün istifadə etməkdə ittiham edilir.

Saxlanılan şəxsin 2006-cı ildə əməliyyat etdiyi daha bir şəxsin də o vaxt öldüyü üzə çıxıb.



Bizimlə əlaqə saxlayın