Hava pisləşdi, məktəblər BAĞLANDI

14, 04, 25
15:00

Hava pisləşdi, məktəblər BAĞLANDI


Türkiyənin bəzi vilayətlərində məktəblər bağlanıb.

"Azərbaycan Reallığı" TRT kanalına istinadən xəbər verir ki, buna səbəb yağan güclü qar olub.

Məlumata görə, güclü qar bir sıra fəsadlar törədib, bəzi vilayətlərdə yollar bağlanıb.

Hava şəraiti ilə əlaqəli olaraq Muş, Kastamonu, Ağrı, Karabük, Bitlis və Bartında tədris prosesinə bir günlük fasilə verilib.

Valiliklərdən verilən məlumata görə, hamilə və 10 yaşınadək uşağı olan qadınlara, eləcə də fiziki məhdudiyyətli şəxslərə 1 günlük icazə verilib.


Bizimlə əlaqə saxlayın