Döyüşlərdə ağır itkilər verən Ermənistan geri addım atdı — SON DƏQİQƏ

18, 07, 20
11:12

Döyüşlərdə ağır itkilər verən Ermənistan geri addım atdı — SON DƏQİQƏ


Azərbaycan və Ermənistan sərhədində iyulun 12-dən başlayan döyüşlər fonunda Ermənistan geri addım atmağa məcbur olub.
 
Azerbaycanrealligi.com Türkiyə mediasına istinadən xəbər verir ki, Ermənsitanın baş naziri Nikol Paşinyan Belarusun paytaxtı Minskdə keçirilən Avrasiya İqtisadi Birliyi Şurasının toplantısında Azərbaycanla yaşanan münaqişəni sonlandırmaq üçün sülhyönlü müzakirələrin tək alternativ olduğunu deyib:

"Münaqişənin hərbi yolla aradan qaldırılması mümkünsüzdür, bunu yalnız sülh yolu ilə həll edə bilərik. Bu, bölgədəki xalqların məqsədlərinə cavab verə yeganə reallıqdır".
 
Toplantıda Kreml sözçüsü Dmitri Peskov tərəflərin atəşkəsi bərpa edəcəyinə ümid etdiyini və Rusiyanın tərəflər arasında vasitəçilik üçün hər cür dəstəyə hazır olduğunu qeyd edib.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın