Məşhur türkiyəli jurnalist Ece Ünerə qarşı məhkəmə iddiası qaldırıldı

06, 05, 25
16:00

Məşhur türkiyəli jurnalist Ece Ünerə qarşı məhkəmə iddiası qaldırıldı


Məşhur türkiyəli jurnalist Ece Üner mühakimə olunacaq.

Bu barədə "Azərbaycan Reallığı" "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən jurnalistə qarşı "Türk millətini, Türkiyə Cümhuriyyətini, dövlətin qurum və orqanlarını təhqir etmək" və "Ədalətli məhkəmə prosesinə təsir etməyə cəhd" ittihamları üzrə iddia qaldırılıb.

Ece Üner İstanbul 19-cu Asliye Cəza Məhkəməsində mühakimə olunacaq.





Bizimlə əlaqə saxlayın