yuxarı
Məşhur müğənni İstanbulu tərk etdi - FOTO
10, 05, 25
14:00
Məşhur müğənni İstanbulu tərk etdi - FOTO
Arabesk musiqisinin güclü səslərindən olan Serkan Kaya ötən axşam İzmir şəhərində səhnəyə çıxıb.
"Azərbaycan Reallığı" Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Yeni Gazino" adlı məkanda çıxış edən Kaya iki saat boyunca mahnılarını səsləndirib.
Jurnalistlər İstanbulda çox az görünən sənətçiyə bununla bağlı sual verib.
Serkan Kaya isə deyib:
"Bunu ilk dəfə burada açıqlayıram: Artıq bir müddətdir ki, Antalyada yaşayıram. Ailəmlə birlikdə bir kənd evinə köçmüşəm və daha sakit, təbiət içində həyat tərzini seçmişəm".


Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək