Səudiyyə Ərəbistanında süni intellektlə işləyən ilk klinika açıldı
Səudiyyə Ərəbistanında süni intellektlə işləyən ilk klinika açıldı
Çinli "Synyi AI" adlı startap Səudiyyə Ərəbistanının şərqində yerləşən Əl-Əhsa bölgəsində süni intellektlə işləyən dünyanın ilk klinikasını açıb.
"Azərbaycan Reallığı" "Bloomberg"ə istinadla xəbər verir ki, klinikanın açılması, süni intellektin gələcəkdə ailə həkimlərini və ilkin tibbi yardım göstərən mütəxəssisləri əvəz edə biləcəyini göstərən mühüm addımdır.
Şanxayda yerləşən "Synyi AI" adlı tibbi texnologiya şirkəti bu layihəni Səudiyyə Ərəbistanındakı "Almoosa Health Group" ilə birgə həyata keçirir. Aprel ayında başlayan pilot layihə çərçivəsində süni intellekt "virtual həkim" kimi çıxış edir – xəstələrlə danışır, diaqnoz qoyur və dərman resepti yazır. Yəni adi həkim kimi xəstələrlə birbaşa ünsiyyət qurur.
Məlumata görə, bu layihə süni intellektin birbaşa xəstələri diaqnoz edib müalicə etməsi üçün növbəti mərhələdir. Əvvəlki sınaqlarda süni intellektin səhv etmə ehtimalı 0.3%-dən az olub.