Türkiyə hərbçiləri Qarabağa gəldi: - Qondarma rejim üçün SON!

29, 01, 21
19:00

Türkiyə hərbçiləri Qarabağa gəldi: - Qondarma rejim üçün SON!


“Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamas Qarabağda, ümumilikdə regionda sülhün və sabitliyin olması üçün mühüm hadisədir”.

Azerbaycanrealligi.com  xəbər verir ki,   bu sözləri  politoloq İlqar Vəlizadə Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması haqda danışarkən deyib.

“Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasını yüksək qiymətləndiririk və bu birgə fəaliyyətdən gözləntilərimiz çoxdur.

Çünki noyabrın 10-da imzalanmış birgə bəyanatın bəzi müddəaları dəqiqliklə yerinə yetirilmirdi. Hesab edirəm ki, Mərkəzin fəaliyyətə başlamasından sonra bu məsələlər öz həllini tapacaqdır. Ən başlıcası isə, Ermənistan rəsmilərinin qanunsuz olaraq Xankəndinə gəlməsinin qarşısı alınacaq. Həmçinin, terrorçu erməni hərbi birləşmləri regiondan tamamilə çıxarılacaq, onların qanunsuz fəaliyyətinin qarşısı alıcaqdır.

Əgər bütün bunlara qısa zamanda nail olunsa, rus sülhməramlıları və  Türkiyə hərbiçilərinin uzun zaman Qarabağda olmasına ehtiyac da qalmayacaq.

Çünki Azərbaycan öz ərazilərində bütün təhlükəsizlik məsələlərini həll etməyə, sabitliyi saxlmağa qadir bir ölkədir”, - deyə  İ.Vəlizadə əlavə edib. 

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın