Bütün İsrail atəş altındadır - İsrail ordusu

14, 06, 25
09:30

Bütün İsrail atəş altındadır - İsrail ordusu


İranın İsrailə hücumu davam edir. İsrail ordusu İsrail ərazisinə onlarla əlavə raket atıldığını bildirir.

"Azərbaycan Reallığı" xəbər verir ki, X sosial şəbəkəsində İsrail Müdafiə Qüvvələrinin (IDF) rəsmi bəyanatında deyilir: "Bütün İsrail atəş altındadır".

İsrail tərəfinin bildirdiyinə görə, havada İran mərmilərinin yeni dalğaları, o cümlədən ballistik raketlər və ehtimal ki, pilotsuz təyyarələr aşkar edilib. Hava hücumundan müdafiə sistemləri gücləndirilmiş rejimdə işləməyə davam edir.

Qeyd edək ki, İran əməliyyata "Ağır cəza" adı verib.

İRNA yazır ki, İran Silahlı Qüvvələri İsraildəki onlarla hədəfə, hərbi və hava bazalarına zərbələr endirib və İran tərəfindən atılan bir neçə raket İsrail Milli Təhlükəsizlik Nazirliyinin binasına düşüb.


Bizimlə əlaqə saxlayın