yuxarı
ABŞ həftəsonu İrana zərbə endirə bilər
19, 06, 25
09:30
ABŞ həftəsonu İrana zərbə endirə bilər
ABŞ hakimiyyəti yaxın günlərdə İrana qarşı mümkün hərbi əməliyyata hazırlaşır.
"Azərbaycan Reallığı" bloomberg-ə istinadla xəbər verir ki, bu barədə mənbələr danışıb.
Onlar Amerikanın İrana zərbəsinin bu həftəsonu baş tuta biləcəyini düşünür.
Eyni zamanda, mənbələr vəziyyətin dəyişə biləcəyini qeyd edirlər.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp İran problemini necə həll edəcəyi ilə bağlı hələ yekun qərar vermədiyini bildirib:
"Bu məsələ ilə bağlı fikirlərim var, lakin hələlik heç bir qərar yoxdur və bəlkə də son saniyələrə qədər belə bir qərar olmayacaq. Çünki şərait dəyişir".
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək