yuxarı
İran raket siyasətini dəyişir - CNN
21, 06, 25
16:00
İran raket siyasətini dəyişir - CNN
Avropa vasitəçiləri İran tərəfinə bildirib ki, ABŞ administrasiyası İsrailin hərbi əməliyyatlarını dayandırmaq üçün səlahiyyətə malik deyil.
"Azərbaycan Reallığı" xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçinin isə cavabı belə olub:
“İsrail hücumları davam etdirdiyi müddətdə, heç bir tərəflə danışıqlar aparılmayacaq.”
"The Jerusalem Post" yazır ki, İsrailin son hücumlarından bir həftə keçməsinə baxmayaraq, İranda ciddi daxili parçalanma müşahidə olunmur.
Bundan əlavə, adı açıqlanmayan yüksək rütbəli İran rəsmisi CNN-ə deyib: “Biz çoxlu sayda raket atmaq əvəzinə mühüm düşmən hədəflərinə qarşı qabaqcıl dəqiqlikli raketlərdən istifadə edirik”.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək