İranda kütləvi vida mərasimləri: İsrail ilə toqquşmada həlak olan generallar, nüvə alimləri dəfn olunur-VİDEO

28, 06, 25
09:00

İranda kütləvi vida mərasimləri: İsrail ilə toqquşmada həlak olan generallar, nüvə alimləri dəfn olunur-VİDEO


İranda İsrail ilə baş verən silahlı qarşıdurmanın qurbanları ilə bağlı genişmiqyaslı dəfn mərasimləri keçirilir.

"Azərbaycan Reallığı" xəbər verir ki, vida mərasimlərində yüksək rütbəli hərbi rəhbərlər, nüvə proqramında çalışan tanınmış alimlər və çoxsaylı dinc sakinlər torpağa tapşırılır.

Ölkənin müxtəlif şəhərlərində təşkil edilən yas mərasimlərinə minlərlə insan toplaşıb. Dəfn mərasimlərində çıxış edən hökumət nümayəndələri İsrailin hərbi əməliyyatlarını “İrana qarşı açıq təcavüz” adlandıraraq sərt qisas vəd ediblər.

Rəsmi məlumata görə, son qarşıdurmalarda onlarla yüksək vəzifəli komandan, nüvə tədqiqat mərkəzlərinin əməkdaşları və yüzlərlə mülki şəxs həyatını itirib. Şahidlərin sözlərinə görə, ölkədə matəm ab-havası hökm sürür, təhlükəsizlik qüvvələri bütün strateji obyektlərdə gücləndirilmiş rejimə keçib.

Hökumət rəsmiləri beynəlxalq ictimaiyyəti baş verənləri qınamağa çağırıb.


Bizimlə əlaqə saxlayın