Rusiyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb

28, 06, 25
11:30

Rusiyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb


Rusiyanın Primorski diyarında Novonejino aerodromunda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Uzaq Şərq Nəqliyyat Prokurorluğuna istinadən məlumat yayıb.

"Yüngül mühərrikli təyyarə Novonejino dövlət aviasiya aerodromunun yaxınlığında qəzaya uğrayıb. Hava gəmisi 1969-cu il təvəllüdlü vətəndaş tərəfindən idarə olunurdu. O, hadisə nəticəsində həlak olub. Təyyarədə başqa şəxslər olmayıb", - məlumatda bildirilib.

Qeyd edilib ki, insan ölümü ilə nəticələnən hava nəqliyyatının hərəkət və istismar təhlükəsizliyi qaydalarının pozulması faktı üzrə iş açılıb.


Bizimlə əlaqə saxlayın