Putin dünyaya meydan oxudu: “Sizi peşman edərik!“

21, 04, 21
18:35

Putin dünyaya meydan oxudu: “Sizi peşman edərik!“


Rusiya Prezidenti Vladimir Putin bugünkü ənənəvi Federal Şura çıxışında sərt fikirlər səsləndirib.

Azerbaycanrealligi.com xəbər verir ki, Putin başqa ölkələri Rusiya ilə münasibətlərdə "qırmızı xətti" keçməməyə səsləyib:

“Qırmızı xətti keçməyin. Bizi qıcıqlandırmayın, yoxsa heç vaxt bu qədər peşman olduğunuzu xatırlamayacağınız nəticələrlə qarşılaşacaqsınız”.

Rusiya prezidenti öz maraqlarını beynəlxalq hüquq çərçivəsində qorumağa davam edəcəklərini vurğulayıb:

“Hər hansı bir səbəbdən və ya səbəb olmadan Rusiyanı günahlandırmaq bir sıra ölkələr üçün idman növünə çevrilib. Körpüləri yandırmaq istəmirik, hər kəslə yaxşı münasibət qurmaq istəyirik, amma kimsə xoş niyyətimizi zəiflik hesab edərsə, Rusiyanın cavabının simmetrik, sürətli və sərt olacağını bilməlidir”.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın