Rusiyada Leninin heykəlinə hücum edildi

08, 11, 24
15:00

Rusiyada Leninin heykəlinə hücum edildi


Sankt-Peterburqda naməlum şəxslər "Oktyabr İnqilabı"ın ildönümündə Vladimir Leninin abidəsinə hücum edib.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə yerli "Teleqram" kanallarında məlumat yayılıb.

Məlumata görə, hadisə Krasnoe Seloda baş verib. Noyabrın 7-də yerli parkda yerləşən Leninin abidəsinin altına ağ boya ilə “Yəhudi və cəllad” yazıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının hadisə yerində olduğu bildirilib.


Bizimlə əlaqə saxlayın