Rusiyanın “yeni nəsil” dronu yaşayış evinə düşdü – Kazanda panika

08, 07, 25
17:00

Rusiyanın “yeni nəsil” dronu yaşayış evinə düşdü – Kazanda panika


Rusiyanın Kazan şəhərində sınaq uçuşu həyata keçirən “Altius” adlı hərbi təyinatlı dron qəza törədib.

"Azərbaycan Reallığı" xəbər verir ki, 5 tonluq insansız uçuş aparatı yaşayış evinin üstünə düşüb.

Hadisə yerli əhali arasında təşvişə səbəb olub. Rusiya mediasının yazdığına görə, dronun qəzasına səbəb naməlum radioelektron mübarizə vasitələrinin (REB) naviqasiyanı pozmasıdır. Həmin REB müdaxiləsinin hansı mənbədən qaynaqlandığı isə hələlik açıqlanmayıb.

Açıq mənbələrdə yayılan məlumatlara əsasən, “Altius” (digər adı ilə “Altair”) – uzun müddətli uçuş qabiliyyətinə malik və 5 tona qədər çəkisi olan hərbi insansız uçuş aparatıdır.

Hadisə nəticəsində xəsarət alanlarla bağlı məlumat verilməyib, lakin evə ciddi ziyan dəydiyi bildirilir. Məsələ ilə bağlı rəsmi istintaq başladılıb.


Bizimlə əlaqə saxlayın