Robert Köçəryan istintaqa çağırıldı

03, 07, 18
17:50

Robert Köçəryan istintaqa çağırıldı

Robert Köçəryan istintaqa çağırıldı

Ermənistanın ikinci prezidenti Robert Köçəryan 2008-ci il martın 1-də baş verən hadisələrlə bağlı Xüsusi İstintaq Komitəsinə çağırılıb.
Həmin gün polis dinc etiraz aksiyası iştirakçılarına atəş açmışdı.
Bildirilib ki, 2008-ci il martın 1-də aksiya iştirakçıları Serj Sarqysanın prezident seçilməsinə etiraz edirdilər. Yerevanda polislə aksiya iştirakçıları arasında baş vermiş toqquşma nəticəsində azı 8 etirazçı öldürülmüşdü.
Qeyd edək ki, Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan da 2008-ci il martın 1-də baş vermiş hadisələrlə bağlı ittiham olunur.
Bir müdət əvvəl Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan və Robert Köçəryan Gümrü şəhərinin “Fəxri sakinləri” adından məhrum ediliblər.

Bizimlə əlaqə saxlayın