Paşinyan “məxfi sənəd” barədə danışdı

21, 05, 21
11:00

Paşinyan “məxfi sənəd” barədə danışdı


Ermənistanda baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan Milli Məclisin mayın 20-də keçirilən növbədənkənar iclasında ölkənin siyasi həyatında mübahisə və həyəcana səbəb olmuş sənəddən danışıb:

Baş nazir deyib ki, bu sənəddə söhbət tərəflərin sərhəd situasiyalarını qarşılıqlı qoşun cəmləşdirmələri ilə yox, yalnız diplomatik və siyasi vasitələrlə həll edilməsi barədə öhdəlik götürməsindən gedir:

“Əgər belə bir situasiya növbəti dəfə yaranarsa, gələcək mərhələdə yaranarsa, biz hər dəfə beynəlxalq hay-küymü qaldırmalıyıq, yoxsa konsensus əladə etmək yolu ilə getməliyik. Bütün hallarda biz hazırda hamımıza məlum olan şəraitdə yaranmış vəziyyətdəyik və bu situasiyanı idarə etmək lazımdır. Bu müddət ərzində bu məsələlərlə məşğul olacaq üçtərəfli komissiyanın yaradılması təklifi formalaşdırılıb”.

Paşinyan hökumətin hələ müzakirə mərhələsində olan işçi sənədi dərc etməsinin düzgün olmayacağını bildirib:

“Bu, istənilən hökuməti pis, çox qeyri-ciddi vəziyyətdə qoyardı. Lakin bu sənəd artıq müxalifət tərəfindən dərc olunduğuna görə, deməliyəm: Bəli bu, artıq bir gün, günyarım bizim işçi dövriyyəmizdə olan yeganə, unikal sənəddir”.

Baş nazir daha sonra söhbətinə davam edib: “Deyirlər ki, burda yuxarıda yazılan “əlavə” nə deməkdir? Mən belə başa düşürəm ki, orda “layihə” yazılmalıydı, amma “əlavə” yazılıb. Düzünü desəm, bu diqqətəlayiq bir məsələ deyil, çünki sənəd hələ razılaşdırılmayıb və imzalanmayıb ki, biz onu burda müzakirə edək”.

XİN-in bu sənəddən xəbərsiz olduğuna dair şayiələrdən danışan Paşinyan deyib ki, bu sənədlər elə XİN-in kanalları ilə daxil olur.

Azerbaycanrealligi.com


Bizimlə əlaqə saxlayın