Dənizdə yoxa çıxan qadın il yarımdan sonra sağ tapıldı - İLGİNC OLAY

05, 07, 18
16:40

Dənizdə yoxa çıxan qadın il yarımdan sonra sağ tapıldı - İLGİNC OLAY

Dənizdə yoxa çıxan qadın il yarımdan sonra sağ tapıldı - İLGİNC OLAY

İndoneziyada il yarım əvvəl dənizdə yoxa çıxan qadını tapıblar.
Sfera.az xəbər verir ki, tapılan qadın onu sonuncu dəfə gördükləri paltarda imiş. 2017-ci ilin əvvəlində 52 yaşlı Nininq Sunarsix Yava adasında yerləşən Sulabumi şəhərində dincəlirmiş. Şahidlər iddia edir ki, sahilə vuran nəhəng dalğa onu dənizə sürükləyib. Qadın qışqırıb köməyə çağırırmış, lakin qasırğa üzündən heç kəs kömək etməyə cəsarət etməyib. Xilasedicilər uzun müddəti Sunarxisi tapa bilməyiblər.
Bir həftə sonra Sukabumi rayonunda naməlum adamın cəsədi aşkarlansa da, ekspertiza onun itən qadına məxsus olmadığını müəyyən edib. Bir neçə həftə aparılan uğursuz axtarışlardan sonra xilasedicilər Sunarxisi ölmüş elan edərək xilasetmə əməliyyatını dayandırıblar.

Ailəsi indoneziyalı qadının ölümünü qəbul etməkdən imtina edib. Bu ilin iyunun sonunda qadının əmisinin dediyinə görə, o, Sunarxisin yaxınlarını yoxa çıxdığı yerdən bir az aralıda gözlədiyini yuxusunda görüb. Onlar 30 iyunda çimərliyə getsələr də, axtarışlar nəticə verməyib. Lakin səhəri gün çimərliyə qayıdan qohumları qadını yoxa çıxdığı yerdə huşsuz halda aşkarlayıblar. Onun əynində itdiyi gün olan paltar var idi.

Qadını xəstəxanaya çatdırıblar. Həkimlər indoneziyalının vəziyyətinin pis olduğunu desələr də, tezliklə sağalacağını bildiriblər.

Şəhərin xilasetmə xidmətinin başçısı Sukabumi Auliya Solihanto hadisənin doğruluğunu "CNN Indonesia" kanalına təsdiqləyib. Hazırda bu qəribə hadisənin səbəbləri araşdırılır. Qadın danışmağa başladıqdan sonra isə hadisə aydınlığa qovuşacaq.

RəsulSfera.az 

Bizimlə əlaqə saxlayın