Türkiyədə yanğınlarla bağlı SON DURUM: 7 bölgədə...

08, 08, 21
21:00

Türkiyədə yanğınlarla bağlı SON DURUM: 7 bölgədə...


Türkiyədə meşə yanğınları ilə mübarizə 12-ci gündür ki, tam sürətlə davam edir.


Azerbaycanrealligi.com-un məlumatına görə, Antalya, Bodrum və Marmarisdəki meşə yanğınlarının söndürüldüyü, 7 bölgədə isə hələ də davam etdiyi bildirilib.


Antalyanı iflic edən Manavqat və Gündoğmuş yanğınları nəzarət altına alındıqdan sonra qruplar Muğlaya fokuslanıb.


Türkiyənin Rabitə Nazirliyinin verdiyi məlumatına görə, 47 əyalətdə 238 yanğından 231-i nəzarət altına alınıb. Digər tərəfdən, 7 nöqtədə davam edən yanğınlar üçün mübarizə davam edir.


Davam edən yanğınlar aşağıdakı kimidir:


Muğla: Köyceğiz, Kavaklıdere, Milas, Yatağan


İsparta: Sütçüler


Antalya: Kaş


Marmaris və Bodrumda 10 gün əvvəl başlayan yanğınlar nəzarət altına alınıb.


Bundan əlavə, Hatayın Belen rayonunda axşam saatlarında 3 nöqtədə eyni vaxtda başlayan meşə yanğını nəzarət altına alınıb. Antalyanın Kaş rayonunda 5 fərqli yerdə başlayan meşə yanğını söndürülüb.


Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu Muğladakı meşə yanğınlarını da söndürəcəklərini ifadə edərək "Vətəndaşlarımız rahat ola bilərlər", - deyə qeyd edib.


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın