Paşinyanın oğlu xidmət etmək üçün Qarabağa getdi

09, 07, 18
13:30

Paşinyanın oğlu xidmət etmək üçün Qarabağa getdi


Ermənistan baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan müddətli həqiqi hərbi xidmətə yollanıb. O, xidmətini Qarabağda keçəcək. 
Azerbaycanrealligi.com xəbər verir ki, bu məlumatı Ermənistanın İctimai televiziyasının informasiya şöbəsinin müdiri Vaaqn Tevosyan “Facebook” hesabında yazıb. 
Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, Ermənistan vətəndaşlarının Azərbaycanın işğal olunmuş torpaqlarında xidmət keçməsi beynəlxalq hüquq və normalarının, hətta Ermənistan qanunlarının pozulması deməkdir. 
Azərbaycanlı ekspertlərin fikrincə, Paşinyan oğlunun başı ilə risk edir. Aşot Paşinyan işğal olunmuş Qarabağ ərazisində erməni tərəfinin atəşkəsi pozması halında Azərbaycan tərəfinin cavab atəşi açması zamanı alnından güllələnə bilər.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın