İrəvan “Rus NATO-su”nun rəhbərini istintaqa çağırdı

10, 07, 18
12:08

İrəvan “Rus NATO-su”nun rəhbərini istintaqa çağırdı

İrəvan “Rus NATO-su”nun rəhbərini istintaqa çağırdı


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturov Ermənistan Xüsusi İstintaq Xidmətinə dəvət edilib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı xidmət özü yayıb. Onun 1 mart hadisələriylə bağlı şahid kimi dindiriləcəyi bildirilib.
Xaçaturovun iyulun sonuna qədər istintaqa ifadə verəcəyi vurğulanıb.
Qeyd edək ki, Xaçaturov 1 mart hadisələri zamanı İrəvan qarnizonun rəisi vəzifəsini tutub. Serj Sərkisyanın prezident olmasından sonra o, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olub

Bizimlə əlaqə saxlayın