yuxarı
Moskvada Axmat Kadırovun abidəsinə yazı yazan qız saxlanıldı
21, 11, 24
14:30
Moskvada Axmat Kadırovun abidəsinə yazı yazan qız saxlanıldı
Bir həftə əvvəl Moskvanın Yujnoye Butovo rayonunda Çeçenistanın eks-prezidenti Axmat Kadırovun abidəsinə “Axmat sliva” (tərcüməsi “Axmat gavalı”) yazan 23 yaşlı rusiyalı qadın saxlanılıb.
"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə noyabrın 21-də “Baza” öz Telegram kanalında məlumat yayıb.
Nəşrin məlumatına görə, təhlükəsizlik qüvvələri gənc qızı Moskva yaxınlığındakı Orexovo-Zuyevoda taparaq saxlayıb. Ruscada tez-tez səslənən “Axmat slava” ifadəsinə parodiya edilərək Kadırovun abidəsinə yazılmış "Axmat sliva" yazısı vandalizm aktından bir gün sonra yuyulub.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək