Lavrov Mirzoyandan TƏLƏB ETDİ: mümkün qədər tez...

09, 12, 21
21:00

Lavrov Mirzoyandan TƏLƏB ETDİ: mümkün qədər tez...


Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla telefon danışığı zamanı Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə işlərə tez bir zamanda başlamağın vacibliyinə işarə edib.

TASS-a istinadla xəbər verir ki, bu barədə çərşənbə günü Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir .

"XİN rəhbərləri ikitərəfli, regional və beynəlxalq gündəliyin aktual məsələlərini müzakirə ediblər. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 26 noyabr 2021-ci il tarixli Soçi razılaşmalarının həyata keçirilməsinə xüsusi diqqət yetirilib. Rusiya tərəfi Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və sonradan demarkasiyası üzrə işlərin mümkün qədər tez başlanmasının təmin edilməsinin zəruriliyi vurğulayıb".

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Lavrov həmçinin Rusiya, Azərbaycan, Ermənistan və Baş nazir müavinlərinin həmsədrlik etdiyi nəqliyyat və iqtisadi əlaqələrin blokadan çıxarılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində razılaşmaların praktiki müstəviyə çevrilməsinin vacibliyini qeyd edib.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın