SENSASİYA! Birdən-birə üç “Qiyamət günü” təyyarəsi havaya qalxdı - Moskvaya SİQNAL VERİLDİ

03, 02, 22
18:00

SENSASİYA! Birdən-birə üç “Qiyamət günü” təyyarəsi havaya qalxdı - Moskvaya SİQNAL VERİLDİ


ABŞ bu gün fevralın 2-də səhər saatlarında özünün eyni vaxtda üç hava komanda məntəqəsini - “Qiyamət günü” təyyarələrini havaya qaldırıb. Bu barədə Fransanın kəşfiyyat araşdırmaları Mərkəzinin direktoru, fransız kəşfiyyatının keçmiş yüksək vəzifəli əməkdaşı Erik Denese bildirib.

“Bu gün səhər saatlarında ABŞ Silahlı Qüvvələrinin olduqca qeyri-adi fəallığı müşahidə edilib. Üç E-6B Mercury təyyarəsi-ABŞ Hərbi Dəniz Qüvvələri üçün nüvə cavab zərbəsi çərçivəsində nəzərdə tutulan təyyarələr eyni vaxtda havaya qaldırıldı”, - Denese “RİA Novosti” agentliyinə deyib.

Onun sözlərinə görə, təyyarələrin havaya qaldırıldığını Flightradar saytının analitikləri qeydə alıb. Denese deyib ki, bu addım Moskva üçün ABŞ Silahlı Qüvvələrinin yüksək döyüş hazırlığı vəziyyətində olduğuna dair siqnaldır.

Boeing E-6B Mercury təyyarələri ABŞ Hərbi Dəniz Qüvvələrinin sərəncamındadır, “Qiyamət günü” təyyarələri adlanan bu hava komanda məntəqələri nüvə zərbələrinin dəf edilməsi zamanı strateji nüvə qüvvələrini idarə etmək üçün nəzərdə tutulur. Bu təyyarələr adətən ayrı-ayrılıqda hər gün havaya qalxır. Lakin bu dəfə üç təyyarə eyni vaxtda havaya qalxıb. Bununla ABŞ sanki demək istəyir ki, onun bütün silahlı qüvvələri, o cümlədən nüvə qüvvələri döyüşə hazırdır.

“UK Defence Journal” nəşri isə bildirir ki, ötən gün fevralın 1-də ABŞ-ın radioaktiv çirklənmənin monitorinqini aparan WC-135 Constant Phoenix təyyarəsi Böyük Britaniya ərazisinə enib. Bu, kifayət qədər nadir hadisədir. Təyyarə əsasən Koreya yarımadası rayonunda uçuşlar keçirirdi, sonuncu dəfə Böyük Britaniyaya ötən ilin avqustunda enmişdi. Təyyarənin hansı məqsədlə Avropaya göndərildiyi bildirilmir.

Xatırladaq ki, bu gün Belarus ərazisində Rusiya-Belarus irimiqyaslı birgə təlimləri başlayıb, bu təlimlər Ukrayna ətrafında situasiyanın xeyli gərgin olduğu bir vaxtda keçirilir. (Virtualaz.org)

AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın