Kiyev bir neçə günə işğal oluna bilər - “Reuters”dən şok iddia

06, 02, 22
19:00

Kiyev bir neçə günə işğal oluna bilər - “Reuters”dən şok iddia


ABŞ rəsmiləri hesab edirlər ki, Rusiya Ukraynaya hərbi hücum etmək üçün lazım olan qüvvələrin təxminən 70%-ni hazırlayıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, belə bir iddia “Reuters” tərəfindən dərc olunan məqalədə yer alıb.

Qeyd olunub ki, Rusiya bir neçə günə Ukraynanın paytaxtı Kiyevi işğal edə bilər:

“Ukrayna 5 000-dən 25 000-ə qədər, Rusiya isə 3 000 - 10 000 arası hərbçisini baş verə biləcək müharibə zamanı itirə bilər. 25 000 - 50 000 arası mülki şəxs müharibənin qurbanı olacaq. Əgər genişmiqyaslı hərbi əməliyyatlar başlasa, milyonlarla Ukrayna vətəndaşı qaçqın həyatı yaşayacaq”.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın