SON DƏQİQƏ: Ukrayna Rusiya ilə danışıqlara gedir

26, 02, 22
13:30

SON DƏQİQƏ: Ukrayna Rusiya ilə danışıqlara gedir


Ukrayna rəhbərliyi Rusiya Prezidenti Vladimir Putinin danışıqlar aparmaq təklifi ilə razılaşıb.

Bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov feysbukdakı hesabında məlumat verib.

O, Ukrayna tərəfinin Rusiya ilə danışıqlardan imtina etməsi ilə bağlı qarşı tərəfin iddialarını təkzib edib.

“Ukrayna atəşkəs və sülh haqqında danışmağa hazır idi və hazırdır. Bu, bizim dəyişməz mövqeyimizdir. Biz Rusiya Federasiyası Prezidentinin təklifi ilə razılaşdıq. Bu saatlarda tərəflər birbaşa danışıqların yeri və vaxtı ilə bağlı məsləhətləşmələr aparırlar. Danışıqlar nə qədər tez başlasa, normal həyatı bərpa etmək şansları bir o qədər çox olacaq”, – Nikiforov yazıb.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın