“Bu hələ harasıdır...” - Ukraynadakı savaşla bağlı ŞOK İDDİA

28, 02, 22
12:00

“Bu hələ harasıdır...” - Ukraynadakı savaşla bağlı ŞOK İDDİA


Ukraynada svavaşın 4-cü günündə Böyük Britaniyan XİN-nin açıqlaması gündəmə gəlib.

"Azərbaycan Reallığı" xəbər verir ki, Britaniyanın xarici işlər naziri Elizabet Trass Sky News telekanalına verdiyi müsahibəsində deyib: "Rusiyanın Ukrayna ilə danışıqlar aparmaq istəyinə inanmıram. Ukraynadakı böhran illərlə davam edə bilər.

Rəsmi Moskva danışıqlar məramında, problemi həll etmək istəyində ciddidirsə, qoşunlarını dərhal Ukraynadan çıxarmalıdır. Ukrayna ilə onun alnına tapança dayayaraq müzakirələr aparmaq olmaz.

Yəni asıq desəm, bu sözdə "danışıq"lara və "müzakirələr"ə inanmıram. Rusiya Ukrayna ilə bağlı planlarını dayandırmasa, bütün bunlar Kreml üçün sonun başlanğıcı ola bilər.

Yaxın günlərdə Rusiyaya qarşı yeni sanksiyalar tətbtiq olunacaq.

Bu hələ harasıdır?! Hər kəs əməllərinə görə məsuliyyət daşımalıdır".(Milli.az)

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın