Ukraynada qətliam: Rusiya ordusunun mülki əhaliyə qarşı cinayətləri sənədləşdirilir

03, 04, 22
15:00

Ukraynada qətliam: Rusiya ordusunun mülki əhaliyə qarşı cinayətləri sənədləşdirilir


Ukraynanın şimalında rus qoşunlarından azad edilmiş ərazilərdən çəkilən görüntülər dünya mediası və sosial şəbəkələrinin müzakirə mövzusuna çevrilib.

"Azərbaycan Reallığı" xəbər verir ki, İrpen və buça şəhərlərinə daxil olan Ukrayna Silahlı Qüvvələri mülki əhalinin çoxsaylı qətli ilə rastlaşıb.

Hazırda Rusiya ordusunun törətdiyi bu qətliamlar sənədləşdirilir.

Öldürülən mülki şəxslərin dəqiq sayı hələlik məlum deyil.




AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın