SON DƏQİQƏ: Ukraynanın Sumı vilayəti ruslardan azad edildi

08, 04, 22
15:00

SON DƏQİQƏ: Ukraynanın Sumı vilayəti ruslardan azad edildi


Ukraynanın Sumı vilayəti Rusiya hərbçilərindən tamamilə azad edilib.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə vilayətin hərbi idarəsinin rəhbəri Dmitri Jivitski bildirib.

Onun sözlərinə görə, bölgə rus ordusundan azad edilib, lakin hələ də minalardan təmizlənməyə ehtiyac var:

"Vilayətin ərazisi işğalçılardan azaddır, buna görə də partlayış səsləri eşidirsinizsə, bilin ki, xilasedicilər və partlayıcı qurğular işləyir. Onlar torpaqlarımızda rusiyalı hərbçilərdən qalan sursatları zərərsizləşdirir”, - Sumı Regional Dövlət Administrasiyasının rəhbəri bildirib.

Eyni zamanda, Jivitski ukraynalılara xəbərdarlıq edib ki, ərazi hələ də təhlükəlidir. Rusiya hərbçiləri yoxlanılmamış çoxlu minalanmış əraziləri qoyub gediblər. O, habelə meşə yollarından istifadə etməməyi məsləhət görüb:

“Dağıdılmış texnikaya və ya işğalçıların dayanacaq kimi istifadə etdiyi yerlərə yaxınlaşmayın. Mən bilirəm ki, orada hər şey dəhşətlidir, amma hələ təmizləmə vaxtı deyil. Əvvəlcə minalardan təmizlənilmə işləri aparılmalıdır”.

AZƏRBAYCANREALLIĞI.COM     

Bizimlə əlaqə saxlayın