Rusiya Ukraynada fosfor silahından istifadə edə bilər - Kəşfiyyat

11, 04, 22
16:30

Rusiya Ukraynada fosfor silahından istifadə edə bilər - Kəşfiyyat


“Rusiya qüvvələrinin Donetsk vilayətində fosforlu sursatlardan əvvəl istifadə etməsi, şəhər uğrunda döyüşlərin şiddətləndiyi üçün onların gələcəkdə Mariupolda yenidən işə salınacağı ehtimal olunur”.

Bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

“Rusiya Donetsk və Luqansk vilayətlərini atəşə tutmaqda davam edir. Ukrayna qüvvələri bir neçə hücumu dəf edib və nəticədə Rusiya tankları, hərbi maşınları və artilleriya texnikası məhv edilib. Rusiyanın idarə olunmayan bombalardan davamlı istifadəsi onların nişan alarkən və zərbələr endirərkən dəqiqlik qabiliyyətini azaldır, eyni zamanda daha çox mülki itki riskini artırır”, - məlumatda vurğulanıb.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə saxlayın